Ödəniş və çatdırılma

Ödəniş üsulları

Sifarişi rəsmiləşdirərkən – “Sifarişi təsdiqlə” düyməsini kliklədikdən sonra – sizə uyğun ödəniş üsulunu seçə bilərsiniz.

  • Sayt üzərindən kartla ödəniş: Visa və Mastercard (yalnız Azərbaycanda buraxılmış kartlar üçün keçərlidir)
  • Əgər keçərli kartınız yoxdursa, bizə yazın, sizə alternativ yol təqdim edərik: salam@jeyran.az
  • Kuryerə nağd ödəniş: yalnız Bakı üzrə, Wolt vasitəsilə çatdırma zamanı

Ödənişin təhlükəsizliyi

Bütün onlayn ödənişlər sertifikatlaşdırılmış ödəmə sistemi vasitəsilə həyata keçirilir və tam təhlükəsizdir.

Kart məlumatlarınız sistemimizdə qeyd olunmur və üçüncü şəxslərlə paylaşılmır.

Bizdən alış-veriş etmək təhlükəsiz və rahatdır.

Çatdırılma üsulları

Sifarişinizi Bakı üzrə kuryer xidməti ilə və ya Azərpoçt vasitəsilə ölkədaxili və beynəlxalq olaraq göndərə bilərik.

Çatdırılma üsulunu sifarişin rəsmiləşdirilməsi zamanı seçə bilərsiniz.

Sifarişlər yalnız iş günlərində və iş saatlarında göndərilir.

Bakı üzrə çatdırılma:

  • Wolt kuryer xidməti: sifariş 14:00-dək verildikdə – eyni gün ərzində
  • Azərpoçt: 2–4 iş günü

Azərbaycanın digər bölgələrinə:

  • Azərpoçt: 3–5 iş günü

Beynəlxalq çatdırılma:

  • Azərpoçt: 13–25 iş günü

Geri qaytarma və dəyişdirmə

Məhsullarımızın çoxu fərdi sifarişlə hazırlandığı üçün geri qaytarma qəbul etmirik.

Lakin məhsulda istehsalat qüsuru varsa, onu pulsuz şəkildə eyni məhsulla əvəzləyirik.

Zəhmət olmasa, problemi məhsulu aldıqdan sonra 24 saat ərzində bizə bildirin:

2024—2025 © jeyran.az
JEYRAN.STUDIO tərəfindən hazırlanıb, Bakı
#str#